Əraqçi: Ağlı başında olan kim buna inanar?!

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın ittihamlarına cavab verib.

turaninsesi.az” xəbər verir ki, o, “X”-dəki paylaşımında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsini xatırladıb:

“Prezidentimizin andiçmə mərasimindən dərhal sonra Tehranda İsmayıl Haniyənin öldürülməsini xatırlayırsınız? Bunu kimin və nə üçün etdiyini hamı bilir. İndi növbəti seçkilərlə bağlı eyni məqsədlə yeni ssenari hazırlanır: qatil reallıqda olmadığından üçüncü dərəcəli komediya yaratmaq naminə ssenaristlər gətirilir.

Ağlı başında olan kim inana bilər ki, qatil olduğu iddia edilən şəxs İRANDA OTURA-OTURA FTB (Federal Təhqiqat Bürosu – red.) ilə onlayn danışıqlar aparır?! Bu məsələdə nəzərə alınmağa dəyəcək bir reallıq var: Amerika xalqı öz qərarını verdi”.

“İran isə öz istədiyi prezidenti seçmək hüququna hörmət edir. Bundan sonrakı yol da seçimdir. Hər şey hörmətdən başlayır”, – İran XİN rəhbəri qeyd edib.

Abbas Əraqçi əlavə edib ki, İranın nüvə silahı yaratmaq niyyəti yoxdur.

“İran nüvə silahı əldə etmək niyyətində deyil. Bu, İslam təlimlərinə və təhlükəsizlik hesablamalarımıza əsaslanan siyasətdir. Güvən yaratmaq hər iki tərəf üçün lazımdır. Bu, birtərəfli yol deyil”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Departamenti İran casusu Fərhad Şakeriyə müşahidə aparmaq və seçilmiş prezident Donald Trampın öldürülməsinə hazırlıq tapşırıldığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai də Tehranın ABŞ-ın keçmiş və indiki məmurlarını öldürmək planlarında əli olması ilə bağlı ittihamları rədd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir