Ər-Riyad danışıqlarının birinci hissəsi başa çatdı

Ər-Riyadda keçirilən Rusiya-Amerika görüşünün iştirakçıları danışıqların birinci hissəsini başa çatdırıblar.
“turaninsesi.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya və ABŞ arasında danışıqlar çərşənbə axşamı səhər saat 10:30 radələrində Ər-Riyadda başlayıb. Təxminən 2,5 saatdan sonra tərəflər 15 dəqiqəlik fasilə verib, bundan sonra danışıqlar nahara qədər davam edib.
Rusiya tərəfini Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev təmsil edir.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxildir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI