“Enerqoatom”: “Rusiya Zaporojye AES-də əsgərlərin sayını artırıb”

Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında hərbçilərinin sayını xeyli artırıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkəti məlumat yayıb.

“Hazırda burada 2 500-dən çox Rusiya hərbçisi var və onların sayı stansiyanın şəxsi heyətindən də çoxdur”, – “Enerqoatom” qeyd edib.

Şirkətdən bildirilib ki, Rusiya ordusu stansiyanı öz möhkəmlənmiş hərbi bazasına çevirir.

“İşğalçılar hələ də AES-in ərazisində və nüvə alimləri şəhərində qalırlar, lakin çox keçmədən Ukrayna Silahlı Qüvvələri Enerqodar torpağına gələcək”, – şirkət vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Zaporojye AES-də personalın sayının xeyli azaldığı məlum olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir