Əli Laricani: Bizi atom silahı yaratmağa vadar etməyin

Amerika səhv etsə, İran ictimai təzyiq altında nüvə silahı istehsalına doğru hərəkət etməyə məcbur olacaq.
“turaninsesi.az” xəbər verir ki, bunu İran parlamentinin keçmiş sədri, Ayətullah xamnəinin müşaviri Əli Laricani deyib.
“Məncə, Amerika strateji səhvə yol verir. Biz dedik ki, fətva var və IAEA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik – red.) nəzarəti altında işləyir və atom silahını yaratmağa doğru getmirik, amma İranın nüvə məsələsində səhv bir iş görsəniz, İran buna məcbur olacaq. Bunu öz istəyinizlə edirsiniz. İran bunu etmək istəmir, amma hər halda siz ona təzyiq edəndə ikinci tərəf öz hərəkətlərinə bəraət qazandırır. İranın başqa çarəsi yoxdur və insanlar ölkənin təhlükəsizliyi üçün sizu bunu etməyə vadar edirlər”, – deyə Laricani vurğulayıb.
O əlavə edib: “İran deyir ki, mənim atom silahı yaratmağa imkanım var, lakin Rəhbərin fitvası ondan ibarətdir ki, biz silaha doğru irəliləmirik. Fətvalar siyasi sifarişlərdən fərqlidir. Xatırladığım qədər, onun məktubu və fətvası BMT-də qeydə alınıb”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI