Ekvadorda mer öldürülüb

Ekvadorun qərbində yerləşən Manta şəhərinin meri hücum nəticəsində ölüb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə ölkə Prezidenti Gilyermo Lasso tviterdə bildirib.

“Ölkə üçün kədərli xəbərlər: Manta şəhərinin meri Aqustin İntriaqo hücum sonucunda ölüb… Merin və ikinci qurbanın ailəsinə başsağlığı veririk…”, – Lasso qeyd edib.

Prezident cinayətkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün polisə lazımi qüvvələrin səfərbər edilməsini tapşırıb.

Ekvadorun daxili işlər naziri Xuan Zapata öz tviter səhifəsində bildirib ki, ikisi hücum edən şəxs olmaqla, daha dörd nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir