Ekvadorda güclü zəlzələ baş verib, ölənlər var – YENİLƏNİB

Ekvadorda səhər saatlarında baş verən 6,7 bal maqnitudalı zəlzələ nəticəsində ən azı üç nəfər ölüb.

Turanın səsi ” xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

“El Universo” qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb. 

Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

21:50

Ekvadorda 6,7 ​​bal maqnitudada zəlzələ qeydə alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 6,9 bal gücündə olduğunu bildirmişdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir