Ekofəallar Fransa Baş nazirinin iqamətgahının darvazasına boya atıblar

0

“Derniere Renovation” assosiasiyanın iki fəalı Fransa Baş nazirinin Parisdəki Matinyon sarayında yerləşən iqamətgahının girişindəki darvaza və divara narıncı boya atıblar.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə assosiasiya öz tviter səhifəsində məlumat yayıb.

Yayılan videoda 20 və 22 yaşlı iki gəncin saxlanma anı əks olunub. Onların əynində “Kimdir günahkar?” yazılmış köynəklər olub.

Bəyanata görə, məsələ ölkənin Dövlət Şurasının qərarında tələb olunduğu kimi, iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün dövlətin kifayət qədər fəaliyyət göstərməməsindən gedir.

2020-ci ildə bu qurum ölkənin 13 şəhərində havanın azot dioksidi və incə hissəcikləri ilə çirklənməsinin qarşısının alınması üçün səlahiyyətli orqanlar tərəfindən heç bir tədbir görülməməsi ilə bağlı ilk dəfə bəyanat yayıblar.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir