Dünyanın koronavirusa gündəlik yoluxma sayı üzrə ən təhlükəli ölkələri açıqlanıb

0

Bu barədə  ayrı-ayrı ölkələrin koronavirusa sutkalıq yoluxma üzrə statistikalarına istinadən xəbər verir.

Belə ki, koronavirusa gündəlik yoluxma sayı üzrə ən təhlükəli ölkə Yaponiyadır. “Gündoğar ölkə”də son bir gündə 135 425 nəfər koronavirusa yoluxub. Yaponiya həm də sutkalıq ölüm sayına görə dünyada birincidir. Son bir gündə ölkədə 347 nəfər koronavirusdan ölüb. Siyahıda ikinci yerdə 92 ölüm sayı ilə Rusiya, üçüncü yerdə 74 ölümlə Cənubi Koreya, dördüncü yerdə Filippin (52 ölüm) qərarlaşıb.

İtaliya (48 ölüm), Tayvan (42 ölüm), Avstraliya (39), Meksika (36), Çili (28 ölüm) koronavirusdan gündəlik ölüm sayı baxımından təhlükəli ölkələrdir.

Dünyada koronavirusa yoluxanların ümumi sayı 609 714 195 nəfərə, ölənlərin sayı isə 6 502 043-ə çatıb. Pandemiya ərzində 586 010 702 insan COVID-19-dan sağalıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir