Dünyada elan edilmiş kimyəvi silah ehtiyatları məhv edilib

“Mən bütün iştirakçı dövlətləri və bu halda Amerika Birləşmiş Ştatlarını beynəlxalq ictimaiyyət üçün bu böyük nailiyyət münasibətilə təbrik edirəm”.

Turanın səsi ” xəbər verir ki, bunu Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Baş direktoru Fernando Arias bəyan edib.

Onun sözlərinə görə, bütün elan edilmiş kimyəvi silah ehtiyatlarının məhv edilməsinin başa çatdırılması təşkilat üçün mühüm mərhələdir:

“Bu, bütün kimyəvi silahları nəhayət məhv etmək missiyasını yerinə yetirmək üçün kritik bir addımdır. Bu uğura baxmayaraq, kimyəvi silahdan istifadəyə qarşı mübarizə hələ də bitməyib. Zəhərli kimyəvi maddələrin silah kimi istifadəsi ilə bağlı son hadisələr və təhdidlər göstərir ki, vəziyyətin yeni pisləşməsinin qarşısının alınması (kimyəvi silahlar sahəsində – Qeyd) təşkilat üçün prioritet olaraq qalacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir