Dünya Bankı Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb
Dünya Bankı İspaniyanın zəmanəti ilə Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb. “Turanın səsi ” xəbər verir ki, bu barədə İspaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, Dünya Bankı “Better Health and Save Life” layihəsi çərçivəsində İspaniyanın zəmanəti ilə Ukraynaya ilk 100 milyon avroluq yardım paketini elan edib: “İspaniyanın maliyyə dəstəyi Ukraynaya Dünya Bankı tərəfindən təsdiq edilmiş üç yardım proqramından birincisini işə salmağa imkan verəcək”.
Qeyd edilib ki, bu maliyyə vəsaiti Ukraynada əsas tibbi xidmətlərə çıxışı bərpa etmək və yaxşılaşdırmaq, həmçinin səhiyyə sahəsində ehtiyacları ödəmək üçün istifadə olunacaq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
.
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09