Dünya Bankı ukraynalı müəllimlərə 63 milyon avro ayırıb


Dünya Bankı Ukrayna büdcəsinə 63 milyon avro köçürüb. Pul müəllimlərin maaşına sərf olunacaq.

Turanın səsi ”  “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“Vəsait Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinə dəstək” layihəsi çərçivəsində sərfəli şərtlərlə verilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, kreditin qaytarılma müddəti 10 ildir (4 illik güzəşt dövrü).

“Vəsait 2023-cü ilin fevral və mart ayları üzrə dövlət orqanları işçilərinin və müəllimlərin əməyinin ödənilməsinin təmin edilməsi üçün çəkilmiş büdcə xərclərinin qismən ödənilməsinə yönəldiləcək”, – Maliyyə Nazirliyindən bildirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir