Dubay aeraportu dron hücumuna məruz qaldı

Dubay Beynəlxalq Hava Limanı kamikadze dronları hücumuna məruz qalıb.

turaninsesi.az ” Reuters-ə istinadla xəbər erir ki, hadisə nəticəsində aeraport ərazisindəki yanacaq çənində yanğın olub və uçuşlar müvəqqəti dayandırılıb.

Daha sonra uçuşlar tədricən bərpa olunmağa başlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bəzi reyslər alternativ əl-Məqtum hava limanına yönləndirilib.

Bu hadisə Dubay hava limanı ətrafında qeydə alınan üçüncü insidentdir.

Arzu Paşaqızı