Döyüş gəmiləri və təyyarələr hazır vəziyyətə gətirildi – YENİ BÖHRAN
Çin və Tayvan arasında yeni böhran meydana gəlib.
“turaninsesi.az” xəbər verir ki, Çinin Tayvan adasını əhatə edən hərbi təlimi zamanı adanın ətrafında 153 Çin hərbi təyyarəsi və 36 gəmi görülüb.
Tayvan Müdafiə Nazirliyinin hesabından verilən açıqlamada təyyarənin “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan edilən ərazidə uçduğu bildirilib. Açıqlamada həmçinin qeyd olunub ki, adanın ətrafında Çin donanmasına aid 14 gəmi və sahil mühafizəsinə aid 12 gəmi aşkar edilib.
Uçuşlar və gəmi patrulları Çinin dünən adanın ətrafında keçirdiyi hərbi təlimlər çərçivəsində həyata keçirilib.
Çin ordusu dünən adanı və ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başladığını açıqlayıb. Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada “Birgə Qılınc-2024B” adlı təlimə quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin qatıldığı bildirilib.
Tayvanı şimaldan, cənubdan və şərqdən mühasirəyə alaraq adanı faktiki olaraq blokadaya alan və kritik limanları bağlayan təlimin dünən axşam saat 18.00-da dayandırıldığı açıqlanıb.
Nazirlik dünən verdiyi açıqlamada təlim zamanı adanın ətrafında Çin ordusuna aid 125 döyüş təyyarəsi, 17 döyüş gəmisi və 17 sahil mühafizə gəmisinin göründüyünü, bir gündə qeydə alınan uçuşların sayının ən yüksək səviyyəyə çatdığı bildirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI