Dövlət Komitəsi: Prezident dərhal həbs ediləcək

Ölkənin keçmiş prezidenti Kurmanbek Bakiyev sərhədi keçərkən dərhal həbs olunacaq.

turaninsesi.az” xəbər verir ki, bunu Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) rəhbəri Kamçıbek Taşiyev bəyan edib.

O sosial şəbəkədəki səhifəsində yazıb:

“Konstitusiya Məhkəməsinin Kurmanbek Bakiyevin işi ilə bağlı dünənki qərarının indiki hakimiyyətlə heç bir əlaqəsi yoxdur. Ona görə də Bakiyev Qırğızıstana qayıtsa, o, sərhədi keçdikdən dərhal sonra həbs olunacaq”.

Taşiyevn sözlərinə görə, Konstitusiya Məhkəməsi müstəqil orqandır və Bakiyevin Ali Məhkəməsinin hökmü qüvvədə qalır.

Bir gün əvvəl Qırğızıstanın Konstitusiya Məhkəməsi ölkənin keçmiş prezidenti Kurmanbek Bakiyevin işlərinə onun şəxsi iştirakı ilə baxılmasına icazə verən bəyanat yayıb.

Kurmanbek Bakiyev 2005-2010-cu illərdə Qırğızıstanın prezidenti olub. O, Qırğızıstanın ilk prezidenti Əsgər Akayevə qarşı “lalə inqilabı” nəticəsində hakimiyyətə gəlib. Bakiyev 2010-cu ilin aprelində hakimiyyətdən uzaqlaşdırılıb, ölkəni tərk edərək Belarusa köçüb.

2014-cü ildə Bişkek Qarnizonu Hərbi Məhkəməsi Bakiyevi 2010-cu il aprelin 7-də Bişkekdə ona qarşı etirazçıların güllələnməsini təşkil etdiyinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.

2016-cı ildə Qırğızıstanın Ali Məhkəməsi sabiq prezidentin ömürlük həbsini 30 il həbslə əvəzləyib.

2023-cü ildə Bişkekin Pervomayski rayon məhkəməsi Bakiyevi Kumtor qızıl mədənində korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Ali Məhkəmənin əvvəlki hökmü ilə cəza qismən əlavə edilməklə, Bakiyev əmlakı müsadirə olunmaqla və 3 il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 30 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI