Dövlət katibinin müavini: “İranın nüvə sazişi üzrə danışıqlar dalana dirənib”
İranla nüvə sazişinin tam bərpasına dair danışıqlar dalana dirənib.
Bu fikirləri ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman “The Washington Post” qəzetinə müsahibəsində deyib.
“Biz çıxılmaz vəziyyətdəyik – o mənada ki, danışıqların son raundunda İran bizə sərt cavab verdi. Bu, bizim üçün qəbuledilməzdir”, – Şerman bildirib.
O, ABŞ-ın təslim olmaq niyyətində olmadığını vurğulayıb.
“Biz razılaşmanın olub-olmamasından asılı olmayaraq istənilən nəticəyə hazırıq”, – Dövlət katibinin müavini qeyd edib