Dövlət Dumasının sədri Türkiyəyə səfər edəcək
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dekabrın 12-13-də Türkiyəyə səfər edəcək.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər proqramına Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüş daxildir, eyni zamanda Rusiya ilə Türkiyə arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09