Dnepr şəhərinə raket zərbəsi zamanı yaralıların sayı 73-ə çatıb, ölənlər var, matəm elan edilib -YENİLƏNİB ( foto)
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.
“turanın səsi ” xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.
Administrasiya rəhbəri onu da qeyd edib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb.
“Axtarış əməliyyatı davam etdirilir”, – onun paylaşımında deyilir.
03:45
Rusiyanın Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.
“turanın səsi ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.
Qeyd edilir ki, 14 yanvar 2023-cü il şənbə günü Rusiyanın “Pobeda” yaşayış massivinə endirdiyi zərbə nəticəsində binanın bir hissəsi partlayış nəticəsində tamamilə dağılıb.
“Məliç olduğu kimi, yanvarın 14-də günorta saatlarında rusiyalı terrorçular 1,1 mindən çox insanın yaşadığı hündürmərtəbəli binanı raketlə vurublar. Partlayış nəticəsində evin bir hissəsi tamamilə dağılıb. Hazırda 12 nəfərin həlak olduğu məlumdur. Həmçinin, 73 nəfər yaralanıb, onların demək olar ki, hamısı hazırda xəstəxanalardadır”, – məlumatda deyilir.
Xəsarət alanlar arasında 14 uşağın olduğu qeyd edilir. Dağıntılar hələ də təmizlənir.
“Faciə yerində xilasedicilər, hərbçilər, şəhərin xidmət qurumlarının əməkdaşları, polis əməkdaşları və çoxlu sayda texnika hələ də işləyir. Dağıntılar təmizlənir. Evləri ziyana məruz qalanların müvəqqəti sığınacaqlara aparılması üçün avtobuslar təşkil olunub. Şəhər rəhbərliyi onlara, ehtiyacı olan bütün insanlara yardım göstərir”, – Şəhər Şurasından əlavə edilib.
00:10
Yanvarın 14-də Ukraynanın Dnepropetrovsk vilayətinin Dnepr şəhərinin rayonlarından birinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində azı 9 nəfər həlak olub.
“turanın səsi ” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
“Artıq 9 ölü, onların arasında 15 yaşlı qız da var. 64 yaralı – 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur. Rusiya raketi onlarla dneprli ailəni kədərləndirdi. Haqq-hesab vaxtı gələcək”, – Valentin Rezniçenko sosial şəbəkə hesabında yazıb.
14.01.2023. 21:01
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.
“turanın səsi ” bu barədə “UNİAN”a istinadən xəbər verir.
Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.
Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.
Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.
19:14
Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.
“Turanın səsi ” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.
Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.
Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.
⤵️
⤵️
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09