Danimarka Ukraynaya silah alınması üçün 45,3 milyon dollar ayırıb
Danimarka Ukrayna Silahlı Qüvvələri üçün silah və texnikanın alınması üçün Böyük Britaniyanın Ukrayna Beynəlxalq Fonduna 300 milyon kron (45,3 milyon ABŞ dolları) verəcək.
“Turanın səsi” xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.
Vəsait Danimarka Müdafiə Nazirliyinin ehtiyat fondundan ayrılacaq. Bununla bağlı hökumətlə parlamentdəki partiyalar arasında razılıq əldə olunub.
Danimarkanın Ukraynaya hərbi yardımı indiyədək təxminən 510 milyon avro, mülki yardım isə 147 milyon avro təşkil edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09