Danimarka Qrenlandiyanın əvəzində buranı istəyir

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı yanaşmasından sonra danimarkalılar maraqlı addım atıb. Onlar Qrenlandiyanın əvəzində Kaliforniya ştatının Kopenhagenin yurisdiksiyasına keçməsi üçün imza toplamağa başlayıb.

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, artıq 2 gün ərzində 200 mindən çox danimarkalı anketdə iştirak edib. Sözügedən kampaniyanı ölkənin sağçı partiyaları təşkil edib.

Qeyd edək ki, daha öncə Donald Tramp Panama kanalı, Qrenlandiya adası və Kanadanın ABŞ-yə birləşməsini istədiyini bildirib.