Danilov: “Qərb Rusiyanın parçalanmasından qorxur, lakin bu proses artıq gedir”

Rusiya nüvə silahından yalnız o halda istifadə edə bilər ki, Çin Kremlə buna icazə versin.

turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Böyük Britaniyanın “The Times” nəşrinə müsahibəsindəbildirib.

“Çinlilər Rusiyanın nüvə silahından istifadə etməsinə icazə versələr, onu tətbiq edəcəklər. Əks halda, etməyəcəklər. Ona görə də bunu (Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyini) Çindən soruşmaq lazımdır”, – o qeyd edib.

MTMŞ katibi həmçinin bildirib ki, Qərb Rusiyanın parçalanmasına və dağılmasına hazırlaşmalıdır.

“Qərb Rusiyanı tanımır və Qərb Rusiyanın parçalanmasından qorxur. Amma bu proses artıq gedir”, – o söyləyib.

O vurğulayıb ki, Rusiyanın dağılması “təsirli” olacaq və üç, beş və ya yeddi il ərzində baş verəcək.

“Bu, tarixi prosesdir və siz tarixi dayandıra bilməzsiniz”, – Danilov əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir