“Daha Moskvaya arxalana bilmərik” – Paşinyan

“Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”.

Turanın səsi ” Politico-ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, əsas səbəb Ukraynadakı müharibədir: “Bu müharibə  Rusiyanın imkanlarına təsir göstərdi”.

N. Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.

Hökumət başçısı Qarabağda yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmir. Hərçənd Qarabağda sülhməramlılar olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir