Daha 4 PKK terrorçusu Türkiyə ordusuna təslim olub

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan daha 4 PKK terrorçusunun təslim olduğunu açıqlayıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında məlumat verilib.

“Pəncə silsiləsi əməliyyatları ilə yuvasına girdiyimiz terror təşkilatı PKK-dan qaçış davam edir. Şimali İraqda sığınacaqdan qaçan daha 4 PKK terrorçusu Habur və Silopidəki Sərhəd məntəqəmizə təslim oldu. Terrorçuların yeganə çıxış yolu Türk ədalətinə təslim olmaqdır!”, – deyə paylaşımda qeyd edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir