Cozef Baydendə dəri xərçəngi aşkarlanıb, əməliyyat olunub

ABŞ Prezidenti Cozef Bayden uğurla əməliyyat olunub, onun dərisindən bədxassəli şiş çıxarılıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə onun həkiminə istinadən Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, fevral ayında aparılan biopsiya Amerika liderində bazal hüceyrəli karsinomanın (dəri xərçəngi – Red) olduğunu təsdiqləyib və əməliyyata qərar verilib.

Bayden müəyyən müddət dermatoloqun nəzarətində olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir