Çində iki ayda 80 min insan COVID-19-dan ölüb

0

Çində 2022-ci il dekabrın 8-dən koronavirus əleyhinə məhdudiyyətlərin yumşaldılmasından sonra xəstəxanalarda COVID-19-dan 80 mindən çox insan dünyasını dəyişib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatında deyilir.

Qeyd olunur ki, 2023-cü il yanvarın 15-dən Çinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi yoluxmuş COVID-19 haqqında həftəlik məlumat dərc edir, lakin bu, koronavirus pandemiyasının bütün dövrünü deyil, yalnız 8 dekabr 2022-ci il tarixindən olan müddəti əks etdirir.

Mərkəzin məlumatına görə, ötən il dekabrın 8-dən bu il fevralın 2-dək Çində 82 238 nəfər ölüb. Xəstələrin ölümünün koronavirusun səbəb olduğu tənəffüs çatışmazlığı və ya digər xəstəliklərin kəskinləşməsi səbəbindən baş verdiyi aydınlaşdırılır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir