Çin liderinin Rusiyaya səfəri gözlənilir
Çin sədri Si Cinpin gələn il Rusiyaya səfər edə, Prezident Vladimir Putinlə görüşə bilər.
“Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib.
Onun sözlərinə görə, səfər, çox güman, Çin parlamentinin mart ayında keçiriləcək iclasından sonra baş tutacaq.
“Düşünürəm ki, ən yüksək səviyyədə təmaslar Rusiya-Çin münasibətlərinin əsas hərəkətverici qüvvəsidir. Həm liderlərin qarşılıqlı əməkdaşlığın inkişafına göstərdiyi diqqət, həm də şəxsi etimad və mehribanlıq onlar arasında yaranmış münasibətlərdə xüsusi rol oynayır”, – diplomat bildirib.
Səfir deyib ki, V.Putinlə Si Cinpin müntəzəm olaraq telefonla danışırlar.
Qeyd edək ki, Çin və Rusiya liderləri sonuncu dəfə sentyabrda baş tutmuş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ərəfəsində bir araya gəliblər.