Çin ABŞ-kı dostluq elçisi olan pandanı ölkəyə qaytarır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230424_064614.jpg)
Çin nəhəng panda Ya Yanı ABŞ-ın Tennessi ştatının Memfis şəhərindən ölkəyə qaytarır.
“turanın səsi ” xəbər verir ki, bu barədə Çinin Meşə və Çöl İqtisadiyyatı Dövlət İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, iyirmi ildir ABŞ-da yaşayan dişi nəhəng panda Ya Ya yaxın bir neçə gün ərzində Çinə qayıdacaq.
Tərəflərin razılığı ilə panda Şanxaya gedən təyyarəyə mindiriləcək.
Ya Ya 2000-ci ilin avqustunda Pekin Zooparkında anadan olub. O, 2003-cü ilin aprelində nəhəng panda Le Le ilə birlikdə dostluq elçisi kimi Memfisə aparılıb.