Çin – ABŞ İqtisadi İşgüzar Qrupunun ilk iclası keçirilib
Çərşənbə axşamı Çin – Amerika İqtisadi İşgüzar Qrupunun ilk iclası keçirilib.
“Turanın səsi ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin maliyyə naziri Lü Kun bildirib.
Videokonfrans formatında baş tutan görüşdə tərəflər makroiqtisadi vəziyyət və siyasətin, habelə ikitərəfli iqtisadi münasibətlər və əməkdaşlığın “dərin, açıq və konstruktiv” müzakirəsini aparıblar.
Bildirilib ki, Çin həmçinin amerikalılara öz narahatlıqlarını da çatdırıb. Tərəflərin təmasları davam etdirəcəyi vurğulanıb.