Çexiyada prezident seçkilərində ehtiyatda olan ordu generalı liderdir
Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda ehtiyatda olan ordu generalı Pyotr Pavel liderdir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “idnes” portalı məlumat yayıb.
Pavel seçki məntəqələrinin 98,92%-nin məlumatları hesablanandan sonra birinciliyi ələ alıb.
Çexiya Statistika İdarəsinin məlumatına görə, Pavel 35,20% səs toplayıb. Onun əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 35,18%-nin dəstəyini qazanıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09