Çexiyada hərbi poliqonda PARTLAYIŞ: ölən və yaralananlar var
Çexiyanın şərqindəki Libava hərbi poliqonunda döyüş sursatı partlayıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Çexiya ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Hadisə nəticəsində bir hərbçi həlak olub, yeddi əsgər və bir mülki şəxs yaralanıb.
Yaralılar Olomoutsdakı hərbi hospitala yerləşdiriliblər.
Hazırda insident hərbi polis tərəfindən araşdırılır.