Çexiya Prezidenti Volodimir Zelenskiyə tapança hədiyyə edib

Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenskiyə “CZ 75” tapançası hədiyyə edib.

Turanın səsi ” xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib.

P.Pavel Ukrayna xalqının məğlubedilməzliyinin Rusiyaya ağır bir zərbə olduğunu qeyd edib. O, Rusiyaya qarşı döyüşdə Çexiya silahlarının da ukraynalılara kömək etdiyini bildirib:

“Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Volodimir Zelenskiyə əfsanəvi “CZ 75″i təhvil verdim. Bu silah 1975-ci ildə hazırlanıb və o zamandan etibarən bütün dünyada fəal istifadə olunur”.

Xatırladaq ki, P.Pavel də aprelin 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir