Çexiya Kaxovka SES-də partlayışdan sonra Ukraynaya yardım vəd edib
Çexiya hakimiyyəti Kaxovka SES-in bəndinin dağıdılması fonunda Ukraynaya yardım göndərməyə hazırlaşır.
“Turanın səsi ” xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
Onun sözlərinə görə, müvafiq dəstək ölkənin hərbi idarəsi vasitəsilə göndəriləcək: “Müdafiə Nazirliyi Ukraynanı bu fəlakətlə bağlı problemlərin həlli üçün vacib olan bəzi şeylərlə təmin edəcək”.
Bununla paralel olaraq Çexiya Xarici İşlər Nazirliyi Kiyevə yardım üçün təxminən 10 milyon kron (təxminən 452 min ABŞ dolları – Red) ayrılmasını təsdiqləyib.
Qeyd edək ki, iyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb.