Çavuşoğlu: “Ukraynada hər iki tərəf hücuma hazırlaşır”
“Rusiyalı həmkarım Sergey Lavrovla danışacağım xeyli mövzu var”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, xüsusilə “Taxıl sazişi”nin müddətinin artırılması ilə bağlı müzakirə aparılacaq: “Biz müharibənin ən qısa vaxtda başa çatmasını istəyirik. Amma hər iki tərəf ciddi hücuma hazırlaşır”.
Çavuşoğlu xatırladıb ki, müharibə xüsusilə region ölkələrinə təsir edir.