Çavuşoğlu: “Taxıl sazişi”nin uzadılması ilə bağlı razılığın əldə olunacağına ümid edirəm”
“Ümid edirəm ki, “Taxıl sazişi”nin uzadılması ilə bağlı razılıq əldə olunacaq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, aidiyyəti şəxslər bu istiqamətdə təmasları davam etdirir: “Mən də iki dəfə rusiyalı həmkarım Sergey Lavrovla danışmışam. Rusiyanın təhlükəsizliklə bağlı tələbləri var. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dünən rusiyalı həmkarı ilə danışdı”.
XİN başçısı söyləyib ki, taxıl və gübrəyə bütün dünyanın ehtiyacı var: “Əks halda dünya üçün ciddi problemlər yarana bilər. Yəni həm Ukrayna, həm də Rusiya məhsullarına ehtiyac var”.