Çavuşoğlu: “Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir”
Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.
“Turanın səsi” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə deyib.
O qeyd edib ki, bu diasporun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər. Nazir Fransada yaşayan türkləri bununla mübarizə aparmağa çağırıb.
Çavuşoğlu qeyd edib ki, Türkiyə-Amerika Koordinasiya Komitəsi də erməni diasporunun Türkiyə və türk xalqına qarşı böhtanlarına qarşı uğurla mübarizə aparıb