Cənubi Koreya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib
Koreya Respublikasının hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının nüvə raket proqramı ilə bağlı KXDR-dən olan səkkiz şəxsə və yeddi təşkilata qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına gəlib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
“Hökumət noyabrın 18-də qitələrarası ballistik raketin buraxılışı da daxil olmaqla, Koreya yarımadasında və planetdə sülh və sabitliyə ciddi problem yaradan Şimali Koreyanın artan nüvə və raket təhlükəsinə sərt cavab olaraq, nüvə raket proqramına töhfə verən və ya Şimala qarşı sanksiyalardan yayınan səkkiz fiziki və yeddi quruma qarşı əlavə sanksiyalar tətbiq etmək qərarına gəlib.”, – nazirlik bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09