Cənubi Koreya: Ölənlərin sayı 179-a çatdı

Cənubi Koreyanın Muan şəhərində hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 179-a çatıb.

turaninsesi.az” Yonhap-a istinadla xəbər verir ki, cəmi 2 nəfəri sağ-salamat tapılıb.

Cənubi Koreya prezidenti vəzifəsini icra edən Çoi Sanq-mok ölkədə 7 günlük matəm elan edib.

O, hadisənin başvermə səbəblərini hərtərəfli araşdıraraq, nəticələri qurbanların yaxınlarına və ictimaiyyətə təqdim edəcəyinə söz verib.