Bu ölkədə “TikTok” qadağan edilir

Qırğızıstan hakimiyyəti respublikada “TikTok” sosial şəbəkəsinə girişə məhdudiyyətlər qoymağı planlaşdırır.

Məlumata görə, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti ölkənin internet provayderlərinə “TikTok” sosial şəbəkəsinə girişin məhdudlaşdırılması xahişi ilə məktub göndərib.

Bildirilib ki, müvafiq təşəbbüslə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi çıxış edib.

Qurum məzmun, xüsusən də uşaqların informasiya məkanında təhlükəsizliyi baxımından bu şəbəkəni uyğunsuz hesab edib. Komitə Qırğızıstan Respublikası ərazisində “TikTok” sosial şəbəkə platformasına girişi məhdudlaşdırmağı və aprelin 18-dək cavabdeh qurumlardan yazılı cavab verməyi xahiş edib.

Xatırladaq ki, respublikanın Mədəniyyət Nazirliyi ilk dəfə ötən ilin avqustunda Qırğızıstanda “TikTok”un bloklanması ideyası ilə çıxış edib. Lakin bu günə qədər məsələ ilə bağlı heç bir tədbir görülməyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir