Bu gün Şarm əl-Şeyxdə iqlim üzrə sammitin açılışı olacaq

0

Noyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində 120-dən çox dövlətin liderlərinin iştirakı ilə Ümumdünya İqlim Sammiti açılacaq.

Turanın səsi” xəbər verir ki, Misir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) Tərəflərin 27-ci Konfransına sədrlik edən ölkə kimi foruma ev sahibliyi edən Afrika qitəsini müzakirələrin mərkəzinə qoymaq və ümumən inkişaf etməkdə olan ölkələrin problem və ehtiyaclarına xüsusi diqqət ayırmaq niyyətindədir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi COP27 iştirakçıları qarşısında salamlama nitqində Şarm əş-Şeyxdəki görüşün yalnız razılaşdırılmış fəaliyyət və onların effektiv həyata keçirilməsi yolu ilə aradan qaldırıla bilən ekzistensial təhlükə qarşısında birlik nümayiş etdirmək üçün bir fürsət” olduğunu deyib:

“Dünya həqiqətən də öz dayanıqlığını gücləndirmək və adaptasiya qabiliyyətini artırmaq istəyirsə, bütün ölkələr təcili hərəkətə keçməlidir”.

Prezident bu sammitin “Afrika və dünyanın rifahı naminə iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərdə əsaslı dönüş nöqtəsi olacağına” ümidvar olduğunu bildirib.

Noyabrın 18-dək davam edəcək konfrans zamanı Şarm əl-Şeyxin müxtəlif ölkələrdən 40 minə yaxın deleqatı, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, ekspertləri və jurnalistləri qəbul edəcəyi gözlənilir. Bu, Ümumdünya sammitinin keçirilmə tarixində ən çox iştirakçı sayıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir