Bu gün Rusiyanın Ukraynada 700 milyon dollarlıq qanadlı raketi məhv edilib
Rusiya oktyabrın 31-də səhər saatlarında Ukraynaya atdığı raketlərə görə 400 dollardan 700 milyon dollaradək vəsait itirib.
“Turanın səsi” xəbər verir ki, bu barədə “Ukraina seyças” məlumat yayıb.
Bildirilib ki, bu gün Rusiya Ukraynaya 50-dən çox “Х-101” və “Х-555” qanadlı raketləri atıb. “X-101”in birinin qiyməti 13 milyon dollar, “X-555”in qiyməti isə 7,5 milyon dollardır.
Qeyd olunub ki, səhər atılan raketlər Rusiyanın Novosibirsk və ya Yekaterinburq şəhərlərinin illik büdcələrinin yarısıdır.