“Bu dəli bizi növbəti müharibəyə soxacaq” – Tramp
ABŞ-ın sabiq prezidenti Donald Tramp Yəmənə qarşı hücumlara münasibət bildirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə o, videomüraciət yayımlayıb. “Budur, Bayden tərəfindən başladılan başqa bir müharibə. Kimsə deyirdi ki, mən Üçüncü Dünya müharibəsinə səbəb olacağam. Bu dəli (Bayden – red.), Müharibə Gücləri Qanununda Yəmənə qarşı “F-22″ təyyarələri və “Tomahawk” raketlərindən istifadə edir. Niyə?” Trampın sözlərinə görə, Bayden təkcə fərsiz deyil, həm də açıq-aşkar immiqrasiya siyasəti ilə bütün ölkəni məhv edən çılğın bir dəlidir: “O, ABŞ-ı cəhənnəmə çevirən bir fəlakətdir. Bu adama görə heç bir səbəb olmadan Üçüncü Dünya müharibəsinə girəcəyik. Söz verirəm ki, bütün müharibələri qısa müddətdə bitirəcəyəm. Dəli adam bizi növbəti müharibənin içinə soxdu. Üçüncü Dünya müharibəsinə doğru gedirik”. ” xəbər verir ki, bu barədə o, videomüraciət yayımlayıb.
“Budur, Bayden tərəfindən başladılan başqa bir müharibə. Kimsə deyirdi ki, mən Üçüncü Dünya müharibəsinə səbəb olacağam. Bu dəli (Bayden – red.), Müharibə Gücləri Qanununda Yəmənə qarşı “F-22″ təyyarələri və “Tomahawk” raketlərindən istifadə edir. Niyə?”
Trampın sözlərinə görə, Bayden təkcə fərsiz deyil, həm də açıq-aşkar immiqrasiya siyasəti ilə bütün ölkəni məhv edən çılğın bir dəlidir:
“O, ABŞ-ı cəhənnəmə çevirən bir fəlakətdir. Bu adama görə heç bir səbəb olmadan Üçüncü Dünya müharibəsinə girəcəyik.
Söz verirəm ki, bütün müharibələri qısa müddətdə bitirəcəyəm. Dəli adam bizi növbəti müharibənin içinə soxdu. Üçüncü Dünya müharibəsinə doğru gedirik”.