Bu ərazidə 7.2 bal gücündə zəlzələ gözlənilir – XƏBƏRDARLIQ

0

Türkiyədə 7,2 bal gücündə zəlzələ baş verə bilər. 

turaninsesi.az” xəbər verir ki, Malatya fay bir müddətdir zəlzələ mütəxəssisləri tərəfindən araşdırılır. Professor Həsən Özbilir bu barədə açıqlamasında bildirib ki, 3 min ildir qırılmayan fay xəttində hərəkətlilik müşahidə edilib: 

“Malatya fayı mühüm faylardan biridir. İkinci böyük zəlzələnin düz ətəyindəki faydır. Qırılacağı təqdirdə Malatyaya ciddi təsir edəcək faydır. 200 kilometr uzunluğunda və 3 fay seqmentindən ibarətdir. Burada 6 bal gücündə zəlzələ baş verib. Bundan sonra zəlzələlər olacaq. Bu afterşokların 5 bala qədər olma ehtimalı var. Həmin bölgənin rəsmi qurumlarının deyəcəkləri önəmlidir. İnsanlar sözlərə qulaq asmalıdırlar. Bölgədə zəlzələnin aktiv olub-olmaması ilə bağlı səlahiyyətlilərə bir neçə dəfə məlumat verilib”. 

Qeyd edək ki, Malatyanın Kale rayonunda saat 10.46-da 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 10,07 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. 5,9 bal gücündə zəlzələ Diyarbəkir, Tunceli və Elazığda da hiss olunub. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir