Britaniyada hər həftə 500 insan təcili yardım ala bilmədiyi üçün ölür

0

Böyük Britaniyada hər həftə 500-ə qədər insan vaxtında təcili yardım göstərilmədiyi üçün ölür.

Turanın səsi ” xəbər verir ki, bunu Kral Təcili Tibbi Yardım Kollecinin prezidenti, baş tibb işçisi, həkim Adrian Boyle “The Telegraph” nəşrinə bildirib.

Mütəxəssis qeyd edib ki, şiddətli qrip mövsümü nəticəsində səhiyyə sisteminin fəaliyyəti daha da çətinləşib və bu, yüzlərlə insanın ölümə səbəb olub.

“Hazırda səhiyyə sisteminin işinə ikiqat – koronavirus infeksiyası və qrip epidemiyası mane olur. Bu da xəstəxana işçilərinə təsir göstərir. Hazırda güclü həkim çatışmazlığı mövcuddur. İndi xəstələrin tibb müəssisələrinə yerləşdirilməsi və onların müalicəsi ilə bağlı vəziyyət COVID-19 pandemiyası zamanı olduğundan daha pisdir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir