Britaniyada fövqəladə vəziyyət – Meymunçiçəyinə görə…
Böyük Britaniyanın səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada virusun yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra yeni “Mpox” ştamının potensial yayılması hallarına hazırlaşırlar.
“turaninsesi.az” xəbər verir ki, “Clade 1b” kimi tanınan ştam ötən il Konqo Demokratik Respublikasında peyda olub.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, hazırda İngiltərədə yoluxma riski aşağı hesab edilsə də, Krallıqda ortaya çıxa biləcək hər hansı hal üçün hazırlıq görülür.
Əvvəllər meymunçiçəyi kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin ölümcül də ola bilər. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir.