Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər almaq niyyətindədir
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230430_072848.jpg)
Böyük Britaniya hakimiyyəti Ukraynaya Dəstək Fondu çərçivəsində Kiyev üçün uzaqmənzilli raketlər və digər hərbi texnika almaq niyyətindədir.
“turanın səsi ” xəbər verir ki, bu barədə Ukraynanın “Klymenko Time” qəzeti yazıb.
Qeyd olunub ki, zərbə sistemləri üçün əsas tələblər 20-dən 490 kq-a qədər yüklə və 100-dən 300 km-ə qədər uçuş məsafəsi ilə qurudan və dənizdən raketlərin buraxılması qabiliyyətidir.
Məlumatda bildirilib ki, hazırda Ukraynaya Dəstək Fondunun ümumi dəyəri 520 milyon funt-sterlinqdən (650 milyon ABŞ dollarından çox – Red) çoxdur.