Britaniya kəşfiyyatı: “Ukraynadakı döyüşlərə rəhbərlik edən generallardan biri vəzifəsindən azad olunub”
Rusiya-Ukrayna cəbhəsində əsas əməliyyat komandirlərindən biri olan general-polkovnik Mixail Teplinski istefaya göndərilib.
“Turanın səsi” in xəbərinə görə bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, bu, Rusiya hərbi elitasındakı fikir ayrılıqlarından xəbər verir: “Teplinski 2022-ci ilin noyabrında rus qoşunlarının Dnepr çayının qərbindən çıxarılmasına rəhbərlik edib. O, Rusiyada bacarıqlı komandir kimi tanınır”.
Kəşfiyyat məlumatlarına görə, onun Rusiya Hava-Desant Qoşunlarının rəhbəri kimi səlahiyyətlərini saxlayıb-saxlamaması sual altındadır: “Teplinskinin vəzifədən azad edilməsi böyük ehtimalla general Valeri Gerasimovun Ukraynadakı döyüşlərdəki şəxsi iradəsi və proseslərə rəhbərlik etmək ambisiyaları ilə bağlıdır”.
Xatırladaq ki, Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, bu yaxınlarda Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimov fəaliyyətinə qoşunlarda gündəlik nizam-intizamı təkmilləşdirməklə başlayıb. Lakin orduda saqqal saxlamağa qadağa qoyulması cəhdi Gerasimovun məsxərəyə qoyulmasına səbəb olub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09