Böyük müharibənin qarşısını ala bilmirik! – ABŞ-dan şok
ABŞ Yaxın Şərq regionunda genişmiqyaslı müharibənin qarşısının alınacağını əminliklə deyə bilməz.
“turaninsesi.az” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Biz çox şey edirik. Əsasən biz Fransanın Livanda gərginliyin azaldılmasında etdiyi kimi, dünyanın digər ölkələrini və müttəfiqlərimizi prosesdə iştiraka sövq etməyə çalışırıq”, – o bildirib.
Eyni zamanda Bayden vurğulayıb ki, İran Hizbullah və Ənsərullah kimi irrasional proksi-qüvvələrə malik olduğundan, heç nə haqqında əminliklə danışmaq olmur.