Borel Aİ-nin Çinin yüksəlişindən qorxmadığını bildirib

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Aİ-nin Çinin yüksəlişindən qorxmadığını bildirib və həmçinin Pekini sülh və təhlükəsizlik də daxil olmaqla daha çox məsuliyyət götürməyə çağırıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının başçısı ertələnmiş Çin səfərində çıxış etməli olduğu nitqi öz bloqunda dərc edərək yazıb.


O bildirib ki, dünya fövqəladə iqlim vəziyyətinə və koronavirus pandemiyasının nəticələrinə qarşı durmalıdır. Aİ diplomatiyasının rəhbəri hesab edir ki, Çin sülh və təhlükəsizlik də daxil olmaqla daha çox məsuliyyət götürməlidir.

“Çin və Aİ arasında güclü iqtisadi əlaqələr var”, – diplomat yazıb. Bununla belə, Aİ və Çin arasında azaldılmalı olan natarazlıq var. Borelin qeyd etdiyi kimi, Aİ açıq sistemin saxlanmasında maraqlıdır və ədalətsiz hərəkətlərdən qorunmaq üçün tədbirlər görməkdən çəkinməyəcək.

Avropanın baş diplomatı etiraf edir ki, Aİ kobalt, manqan və maqnezium kimi müəyyən xammallara görə Çindən “həddindən artıq” asılıdır. Eyni zamanda, o əlavə edib ki, həyati vacib maraqlar mövzusu olduqda Aİ asılılıqdan tez qurtula bilər.


Aİ diplomatı həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Çinə “dost məsləhəti” verib və bildirib ki, Pekin münaqişənin siyasi həllinə kömək etməsə, “Aİ-nin Çinlə etimad münasibətlərini davam etdirməsi son dərəcə çətin, hətta qeyri-mümkün olacaq”.

Borel insan haqları məsələsinə də toxunaraq, Aİ ilə Çin arasında bu mövzuda “dərin və ciddi” fikir ayrılıqlarının olduğunu xatırladıb.

Qeyd edək ki, Aİ-nin xarici siyasət idarəsinin başçısı koronavirusa yoluxduğundan Çinin paytaxtı Pekinə səfərini ertələyib .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir