Borel Abdullahianla görüşdə İranı Aİ vətəndaşlarını həbsdən azad etməyə çağırıb

0

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Josep Borel Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ali Nümayəndə, Birgə Hərtərəfli Fəaliyyət Planın (BHFP) Birgə Komissiyasının əlaqələndiricisi kimi, Aİ-İran ikitərəfli münasibətlərinə təsir edən ən aktual məsələləri, həmçinin BHFP ilə bağlı son hadisələri müzakirəyə çıxarıb.

Ali Nümayəndə Aİ-nin İranda bir çox Aİ vətəndaşlarının, o cümlədən ikili vətəndaşların əsassız həbs edilməsi ilə bağlı kəskin qınağını çatdırıb. Ali Nümayəndə İranın XİN başçısını bir daha bütün Aİ vətəndaşlarını azad etməyə çağırıb.

Mətbuat xidmətinin məlumatında bildiriulib ki, Aİ-nin ölkədəki insan haqlarının vəziyyəti ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. İran, Məhsa Əmininin öldürülməsinin ildönümündə Aİ-nin 27 üzvünün ifadə etdiyi kimi, fundamental azadlıqlara riayət olunmasını təmin etməlidir.

BHFP-dən bəhs edərkən Ali Nümayəndə deeskalasiya yolu ilə getməyin vacibliyini vurğulayıb. Bu kontekstdə o, İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bir neçə təcrübəli müfəttişinin akkreditasiyasını ləğv etmək qərarını yenidən nəzərdən keçirməyə və AEBA ilə əməkdaşlığı yaxşılaşdırmağa çağırıb. Belə ki, Aİ AEBA-nı və onun işini güclü şəkildə dəstəkləyir. O, BHFP çərçivəsində İranın nüvə probleminin diplomatik həllinin tapılmasının zəruriliyinə dair qəti əminliyini bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir