Blinken Putinin ABŞ-da həbs edilməsi ehtimalını şərh edib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230323_070106.jpg)
ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini şərh edərkən qeyd edib ki, onun ölkəsi quruma üzv deyil.
“turanın səsi ” xəbər verir ki, o, bu barədə ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.
Senator Lindsi Qrem Blinkenə müvafiq sual verib və Putinin ABŞ-a gələcəyi təqdirdə həbs olunmasını istəyib.
“Biz Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyilik” deyən Blinken Putinin hələ ABŞ-a səfər etməyi planlaşdırmadığını bildirib.
Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib.
Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.