Blinken İrandan xahiş etdi: Qisas alma…
ABŞ Dövlət katibi Entoni Blinken HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə qisas almamağı xahiş edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, Blinken Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə söhbəti zamanı ondan bu mesajı İran tərəfinə və Livanın şiə Hizbullah hərəkatına çatdırmağı xahiş edib.
Şeyx ABŞ dövlət katibinin tələbinin yerinə yetirilməsinə razılıq verib.